İsrailin Livanın cənubundakı Nəbatiyyə qubernatorluğunun Adşit şəhərinə hava hücumu nəticəsində üç nəfər həlak olub.
Zefer.media xəbər verir ki, İsrail pilotsuz təyyarəsi Nəbatiyyənin Deyr əz-Zehrani şəhərindəki magistral yolda motosikleti hədəf alaraq nəticədə bir nəfər həyatını itirib.
Başqa bir pilotsuz təyyarə hücumunda isə Bint Cbeil rayonundakı Bir əs-Selasil-Kefr Dunin yolunda motosiklet vurulub. Motosikletçi hadisə yerində ölüb.
Nəbatiyyənin Kafr Rumman şəhərində də İsrail pilotsuz təyyarəsinin hədəfə aldığı nəqliyyat vasitəsində daha bir nəfər həlak olub.
Nəbatiyyənin Duveyr şəhərindəki bir bina da bombalanıb, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Bina tamamilə dağılıb.
Eyni əyalətin Habbuş şəhərinə İsrailin hücumu nəticəsində iki nəfər həyatını itirib.
Habelə İsrail ordusu səhər saatlarında Yuxarı Nəbatiyyə, Zibdin, Şukin, Cibşit və Kafr Tabnit şəhərlərini bombalayıb.
Bundan əlavə, Deyr Zəhrani və Nəbatiyyədə iki bina, Livanın cənubundakı Tir şəhərində Burc Qalavai və Deyr Kifa şəhərləri də hədəfə alınıb.
İsrailin Burc Qalavaiyə hücumunda isə bir nəfər ölüb, bir nəfər yaralanıb.
O cümlədən, şəhərdəki Cəbəl Amil Xəstəxanası yaxınlığında İsrailin hücumu nəticəsində bir bank binası dağılıb və 12 nəfər yaralanıb.
Zərintac Mayisqızı















