Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyə, İraq və Misirin xarici işlər nazirləri – Hakan Fidan, Fuad Hüseyn və Bədr Əbdülati ilə keçirdiyi telefon danışıqlarında bölgədəki son vəziyyəti və ABŞ–İran arasında əldə olunduğu bildirilən İslamabad anlaşmasının icrasını müzakirə edib.
Zefer.media xəbər verir ki, Əraqçı bildirib:
“Gələcək razılaşmanın həyata keçirilməsi və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı əsas məsuliyyət ABŞ-nin üzərinə düşür.
Nazir eyni zamanda İsrailin Livana qarşı hərbi əməliyyatlarının və sabitliyi pozan hücumlarının tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.
Əraqçı Türkiyə, İraq və Misirin bölgədə sülhün təşviqi və diplomatik həll yollarının dəstəklənməsində oynadığı rolu yüksək qiymətləndirib.
Zərintac Mayisqızı

















