Dünya

İslamabadda həyat dayanıb: ABŞ–İran sülh görüşü gözlənilir

24 Aprel 2026, 17:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Pakistanın paytaxtı İslamabad artıq ikinci həftədir ki, sərt məhdudiyyətlər və təhlükəsizlik tədbirləri altında saxlanılır.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, hakimiyyət orqanları hələ baş tutmamış mümkün ABŞ–İran sülh danışıqlarını gözlədiyi üçün şəhərdə faktiki “karantin” rejimi tətbiq edilib.

Məlumata əsasən, paytaxtda əsas yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb. Şəhərə ərzaq və digər məhsullar gətirən təchizat maşınları isə şəhərdən kənarda saxlanıldığı üçün bazarlarda çatışmazlıq yaranıb.

Pakistan rəsmiləri qeyd ediblər ki, nümayəndə heyətlərinin, hətta ABŞ prezidenti Donald Trampın da daxil ola biləcəyi mümkün səfər qısa müddətdə baş tutarsa, təhlükəsizlik tədbirləri qüvvədə qalmağa davam edəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600