Dünya

İslamabad ABŞ-İran sazişinə dəstək mesajları ilə bəzədilib

17 İyun 2026, 16:281
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsveçrədə ABŞ və İran arasında Anlaşma Memorandumunun rəsmi imzalanması ərəfəsində İslamabadda sazişi dəstəkləyən reklam lövhələri və rəqəmsal ekranlar quraşdırılıb.

Zefer.media xəbər verir ki, kampaniya şəhər hakimiyyətinin təşəbbüsü ilə təşkil olunub. Reklam lövhələrində Pakistanın baş naziri Şahbaz Şərif və Pakistan Silahlı Qüvvələrinin baş komandanı feldmarşal Asim Munirin şəkilləri ilə yanaşı, sülh, həmrəylik və beynəlxalq əməkdaşlığı təşviq edən şüarlar yer alıb.

Lövhələrdəki əsas mesajlardan birində belə deyilir: “İslamabaddan dünyaya – sülh, həmrəylik və ümid mesajı”.

Pakistan rəsmiləri ölkənin ABŞ və İran arasında aparılan diplomatik prosesdə mühüm vasitəçi rolunu vurğulayırlar. Pakistan tərəfinin açıqlamalarına görə, memorandumun rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600