Dünya

İranla kəşfiyyat əməkdaşlığı rədd edildi – Lavrov

27 Mart 2026, 11:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranla kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı iddiaları təkzib edib.

Zefer.media xəbər verir ki, Rusiya xarici işlər naziri bu haqda “France Television” telekanalına müsahibəsində bildirib.

O deyib ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq mövcuddur və bəzi hərbi məhsulların tədarükü həyata keçirilib.

Ancaq nazir vurğulayıb ki, Rusiya tərəfi İrana kəşfiyyat məlumatları təqdim etdiyi barədə ittihamları qəbul etmir.

Lavrov əlavə edib ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının yerləşməsi barədə məlumatlar açıq mənbələrdə mövcuddur və bu səbəbdən İranın həmin obyektləri hədəf alması onu təəccübləndirmir.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600