İsrail Müdafiə Ordusu ölkədə təhlükəsizliklə bağlı vəziyyət tam normallaşana qədər Livanın cənub hissəsini tərk etməyəcək.
Zefer.media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Biz Livanın cənubunda təhlükəsizlik zolağını qoruyub saxlamalıyıq və nə qədər ki, İsrailin təhlükəsizlik sahəsindəki vəziyyət bunu tələb edir, oranı tərk etməyəcəyik”, – o qeyd edib.
İsrailin Baş naziri həmçinin ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu da şərh edib: “Biz öz məqsədimizə sadiq qalmağa davam edəcəyik: İranın nüvə silahı olmayacaq”.
Zərintac Mayisqızı















