Dünya

İrandan Livan və İsrailə zərbələr

10 İyun 2026, 17:502
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda hava hücumu həyata keçirib.

Zefer.media xəbər verir ki, hücumun Yasariye və Sarfand arasında yerləşən əraziyə endirildiyi bildirilir.

Hadisə ilə bağlı zərər və itkilərə dair hələlik rəsmi məlumat açıqlanmayıb.

Habelə peyk görüntülərinə istinad edən məlumatlarda vurğulanır ki, 7 iyun gecəsi İran raketi İsrailin Ramat David aviabazasında yerləşən anqarlardan birinə zərbə endirib.

Bundan əvvəl bəzi media orqanları həmin bazada silah anbarının məhv edildiyini açıqlamışdı.

Məlumatlara görə, İsrail Hizbullah mövqelərinə zərbələri məhz bu aviabazadan həyata keçirir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600