Dünya

“İranda ilin əvvəlindən bəri onlarla şəxs edam edilib”

15 İyun 2026, 16:341
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, 2026-cı ilin əvvəlindən etibarən İranda təhlükəsizliklə bağlı ittihamlar ilə ən azı 40 nəfər edam olunub.

Zefer.media xəbər verir ki, onların arasında 18 etirazçının da olduğu qeyd edilir.

BMT İnsan Hüquqları Şurasında çıxış edən Türk İran xalqının vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək deyib:

“Mən müharibə və qəddar repressiyalar arasında qalan İran xalqına dərin hüznlə rəğbət bəsləyirəm”.

Volker Türk həmçinin İran hakimiyyətini ABŞ və İsrailin hərbi əməliyyatları fonunda daxili repressiyaları artırmaqda ittiham edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600