Bu gün İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi jurnalistlərə açıqlamasında İran və ABŞ arasında müzakirə olunan anlaşma memorandumu ilə bağlı yeni detallar təqdim edib.
Zefer.media xəbər verir ki, onun sözlərinə görə, memorandumun əsas məqsədi bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır. Təxt-Rəvançi bildirib ki, sənəddə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin sona çatdırılması nəzərdə tutulur və mümkün pozuntulara nəzarət üçün xüsusi mexanizm yaradılıb.
O qeyd edib ki, sənəddə İranın dondurulmuş maliyyə vəsaitlərinin taleyi, blokadanın aradan qaldırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası və müharibədən sonrakı yenidənqurma məsələləri də yer alır.
Təxt-Rəvançi əlavə edib ki, imzalanma mərasiminin İsveçrədə keçirilməsi planlaşdırılır, lakin dəqiq məkan və mərasimin formatı hələ müəyyən edilməyib. Elektron imza variantının da müzakirə olunduğu bildirilir.
Zərintac Mayisqızı
















