Bu gün İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrailin bundan sonrakı hər hansı hərəkətinə sərt cavab veriləcəyini bildirib.
Zefer.media xəbər verir ki, açıqlamada qeyd olunur:
“8 aprel atəşkəsinin dəfələrlə pozulması və İsrail ilə ABŞ-nin İran və Livana qarşı davam edən hərbi əməliyyatları fonunda İran Silahlı Qüvvələri BMT-nin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək bir neçə hərbi hədəfə zərbə endirib”.
Nazirlik vurğulayıb ki, Livan atəşkəsi 8 aprel razılaşmasının ayrılmaz hissəsidir və ABŞ bu razılaşmanın pozulması və bölgədə gərginliyin artmasında məsuliyyət daşıyır.
Bəyanatda bildirilib ki, İsrailin bundan sonrakı hər hansı hərəkətinə İran tərəfindən sərt cavab veriləcək.
Zərintac Mayisqızı

















