Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərlə keçirilən brifinqdə ABŞ ilə danışıqlar prosesinə dair açıqlama verib.
Zefer.media xəbər verir ki, o, son həftələrdə aparılan danışıqlarda müəyyən nəticələr olsa da, bunu yaxın zamanda razılaşmanın imzalanacağı kimi təqdim etməyin düzgün olmadığını bildirib.
Bəqayi deyib ki, proses Pakistanın vasitəçiliyi və digər ölkələrin iştirakı ilə aparılıb və bəzi məsələlərdə irəliləyiş əldə olunub. Ancaq onun sözlərinə görə, “heç kim razılığa yaxın olduğumuzu iddia edə bilməz”.
Bəqayi ABŞ rəsmilərinin mövqelərinin tez-tez dəyişdiyini vurğulayaraq bunun istənilən dialoqa maneə yaratdığını bildirib. O əlavə edib ki, İran diplomatik danışıqlarda da milli maraqları qorumağa davam edəcək.
Zərintac Mayisqızı

















