Dünya

İran XİN: “Danışıqlarda əsas diqqət müharibənin bitməsinə yönəlib”

25 May 2026, 12:151
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə danışıqlar prosesi haqqında açıqlama verib.

Zefer.media xəbər verir ki, diplomat bildirib:

“Hazırkı mərhələdə əsas diqqət müharibənin dayandırılmasına yönəlib və nüvə proqramının texniki detalları müzakirə mövzusu deyil”.

Bəqayi deyib ki, diplomatik heyət hökumətin müəyyən etdiyi vəzifələr çərçivəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, “təhdidlər, təzyiqlər və görüntülər” xarici siyasətin bir hissəsidir, ancaq İran real vəziyyətə əsaslanaraq hərəkət edir.

XİN rəsmisi əlavə edib ki, İran xalqının təcavüzkarlara qarşı mövqeyi ölkənin gücünü nümayiş etdirib və diplomatik proses bu reallıqlar nəzərə alınaraq davam edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600