Dünya

İran XİN: “ABŞ hücumları atəşkəs razılaşmasını mənasız edib”

11 İyun 2026, 14:311
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ-nin son hücumlarını pisləyərək onları BMT Nizamnaməsinin və beynəlxalq hüququn pozulması adlandırıb.

Zefer.media xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir:

“ABŞ-nin İrana endirdiyi zərbələr iki ölkə arasında əldə olunmuş atəşkəs razılaşmasını “faktiki olaraq mənasız” edib”.

Tehran region ölkələrini öz ərazilərinin və infrastrukturunun İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməməyə çağırıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurası və təşkilatın Baş katibi də tənqid olunaraq, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirilməsi istənilib. İran tərəfi ABŞ və İsrailin hərəkətlərini “təcavüz” kimi dəyərləndirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600