Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr İranın mərhum ali rəhbəri Əli Xameneiyə qarşı həyata keçirilən sui-qəsdin cavabsız qalmayacağını bildirib.
Zefer.media xəbər verir ki, çuranın media orqanı tərəfindən yayımlanan açıqlamada Zülqədr qeyd edib:
“Əli Xameneyinin və İranın məzlum şəhidlərinin qanının qisası açıq məsələdir və bu cinayətin günahkarları və icraçıları vaxtı çatanda cəzalandırılacaqlar”.
O, söyləyib ki, həmin şəxslər “çox gec olmadan”cəzalandırılacaqlar.
Zülqədr əlavə edib ki, Xameneinin dəfn mərasimində sıxılmış yumruqla təsvir olunan görüntüsü İranın milli təhlükəsizlik doktrinasının simvolu kimi qiymətləndirilir.
Qeyd edək ki, sözügedən açıqlama iyulun 4–9-da İran və İraqda keçirilməsi planlaşdırılan Əli Xameneyinin dəfn mərasimləri ərəfəsində səsləndirilib.
Zərintac Mayisqızı

















