Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.
Zefer.media xəbər verir ki, tərəflər ABŞ və İran arasında son hücumlar fonunda bölgədə yaranmış vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Məlumata görə, Əraqçı ABŞ-nin addımlarının beynəlxalq hüququ pozduğunu və mövcud atəşkəs mexanizmini faktiki olaraq aradan qaldırdığını bildirib. O, regional gərginliyin artmasına görə məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü vurğulayıb.
Əraqçı, habelə, beynəlxalq ictimaiyyətin və bəzi ölkələrin reaksiyasını tənqid edərək, passiv mövqenin bölgədə və dünyada qeyri-sabitliyin daha da dərinləşməsinə səbəb ola biləcəyini bildirib.
Zərintac Mayisqızı
















