Dünya

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər

25 May 2026, 16:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və Mərkəzi Bankın rəhbəri Əbdülnaser Hemməti Qətərə səfər ediblər.

Zefer.media xəbər verir ki, Qalibaf və Əraqçı Dohada Qətərin baş naziri ilə görüşərək İran və ABŞ arasında mümkün razılaşma perspektivlərini müzakirə edəcəklər.

Danışıqlarda iştirak edən mənbənin bildirdiyinə görə, Tehran Qətərdə saxlanılan təxminən 12 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin dərhal azad edilməsini istəyir.

İran Mərkəzi Bankının rəhbərinin səfərinin isə maliyyə mexanizmlərinin koordinasiyası və birgə iqtisadi komissiyanın fəaliyyəti çərçivəsində həyata keçirildiyi bildirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600