Bu gün İranın Oman sahillərinin yaxınlığında neft tankerinə raket zərbəsi endirdiyi bildirilib.
Zefer.media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Xatırladaq ki, daha öncə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) Omanın Sohar şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə dəniz insidentinin qeydə alındığını açıqlayıb. UKMTO bildirib ki, insident nəticəsində bir nəfər həlak olub, iki heyət üzvü isə itkin düşüb.
Zərintac Mayisqızı

















