Bu gün İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bəyan edib.
Zefer.media xəbər verir ki, Netanyahu “X” hesabındakı paylaşımında o, vəzifədə olduğu müddətdə İranın nüvə silahına sahib olmasının mümkün olmayacağını bildirib.
Baş nazir qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu məsələdə İsraillə tam həmrəydir.
Netanyahu əlavə edib ki, o, 30 ildən çoxdur İranın nüvə proqramına qarşı beynəlxalq səylərin önündə yer alır və əgər bu mübarizə aparılmasaydı, İranın artıq nüvə silahına sahib ola biləcəyini vurğulayıb.
Zərintac Mayisqızı
















