Dünya

“İran NPT-dən çıxa bilər”

25 May 2026, 12:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Xarici təhdidlərin davam etməsi halında İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.

Zefer.media xəbər verir ki, bu sözləri SEPAH-ın keçmiş baş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi bildirib.

Rzayi belə deyib: “Həmin tendensiya davam edərsə, İranın strateji və ehtiyat tədbirlərindən biri NPT-dən mümkün çıxış ola bilər və bu, qarşı tərəf üçün ağır nəticələr doğurar”.

O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti üçün hüquqi və təhlükəsizlik əsasları mövcuddur.

Müşavir əlavə edib ki, ölkə hazırda həssas mərhələdən keçir: “Bir tərəfdən müdafiə qüvvələrimiz tam hazırlıq vəziyyətindədir, digər tərəfdən İran rəsmiləri xalqın hüquqlarının təmin olunması üçün diplomatik danışıqları davam etdirirlər”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600