Dünya

İran nefti Çinə dəmir yolu ilə ixrac etməyə çalışır

29 Aprel 2026, 18:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran dəniz yollarında yaranan məhdudiyyətlər fonunda neftini Çinə dəmir yolu vasitəsilə ixrac etməyə cəhd göstərir.

Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” və bir neçə iqtisadi nəşr məlumat yayıb.

İran Neft İxracatçıları Birliyinin bildirdiyinə görə, 2025-ci ildən etibarən istifadə edilən bu marşrut hazırda məhdud həcmdə işləyir. Lakin Tehran bu yolu dəniz blokadası və neft ixracında yaranan itkiləri kompensasiya etmək üçün alternativ kimi qiymətləndirir.

Məlumatın yayılmasından sonra qlobal neft bazarında qiymət artımının sürəti bir qədər yavaşısa da, ABŞ WTI xam neftinin qiymətinin artıq barel üçün 96 dolları keçdiyi bildirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600