Dünya

İran millət vəkili: Müctəba Xamenyi danışıqların uzadılmasına qəti qarşıdır

23 Aprel 2026, 14:491
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran parlamentinin nümayəndəsi Əli Xəzərian televiziya proqramında çıxışı zamanı Müctəba Xameneinin ABŞ ilə aparılan danışıqların uzadılmasına qarşı olduğunu bildirib.

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Millət vəkili deyib ki, ölkənin “Silahlı Qüvvələrin ali baş komandanı və idarəedicisi” kimi ali rəhbər danışıqlar məsələsində “ayıq və diqqətli” mövqe sərgiləyir. Xəzərian sözlərinə görə, əldə olunan məlumata əsasən, Müctəba Xameneyi hazırkı şəraitdə danışıqların uzadılmasına “qəti şəkildə qarşı çıxır”.

Əli Xəzərian əlavə edib ki, ABŞ prezidenti Donald Tramp İranda daxili parçalanma yaratmağa çalışır. Onun fikrincə, Tramp İran hakimiyyətində mövcud olduğunu və bütün qurumların ali liderin əmri altında fəaliyyət göstərdiyini bildiyi üçün bu yolla təzyiq göstərməyə çalışır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600