Bu gün Küveyt hakimiyyəti İranın həyata keçirdiyi hücumlar və bölgədə artan gərginlik səbəbindən ölkənin hava məkanını müvəqqəti olaraq bağlayıb.
Zefer.media xəbər verir ki, bununla bağlı, Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, qərar mülki aviasiya üçün potensial risklərin artması fonunda qəbul edilib. Məlumata görə, uçuşlar müvəqqəti olaraq alternativ hava limanlarına yönləndirilib.
Qərarın müddəti ilə bağlı əlavə açıqlama verilməyib.
Zərintac Mayisqızı
















