Bu gün ABŞ prezidenti Donald Tramp İran hakimiyyəti barədə sərt açıqlamalar verərək onları yalan danışmaqda və öz xalqına qarşı zorakılıq tətbiq etməkdə ittiham edib.
Zefer.media xəbər verir ki, Tramp bildirib İran rəhbərliyinin etirazçıları amansızlıqla repressiya etdiyini və ölkədə hakimiyyət dəyişikliyinə imkan vermədiyini deyib:
“Onlar yalançıdırlar, fırıldaqçılardır, xəstə insanlardır. Onlar öz xalqlarına zərər veriblər. İndiyə qədər etiraz edən 54 min insanı öldürüblər. İnsanlar soruşurlar ki, niyə hakimiyyəti ələ keçirməyiblər? Çünki onlar ölüblər. Onları öldürüblər. Heç kim hakimiyyəti ələ keçirməyəcək — onların silahı yoxdur, digər tərəfdə isə pulemyotlar var. Sonra onları öldürürlər. Mətbuat isə bu barədə məlumat vermir”.
Amerika lideri İran hakimiyyəti ilə danışıqlara münasibətini də ifadə edib:
“Açığı, vaxtımı onlarla keçirmək istəmirəm. Gözəl danışıqçılarımız istəsələr, danışmağa davam etsinlər. Mən bu insanları sevmirəm”.
Zərintac Mayisqızı

















