Dünya

“İran danışıqlardan çıxmaqla hədələyirdi”

22 İyun 2026, 17:071
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ-nin vitse-prezidenti C.D. Vens İranla aparılan danışıqların gedişi barədə yeni açıqlama verib.

Zefer.media xəbər verir ki, Vens İran tərəfinin danışıqlardan çıxacağı ilə bağlı siqnallar və təhdidlərin müşahidə olunduğunu bildirib.

“İranlılar həqiqətən də danışıqlardan çıxmaqla hədələyirdilər və ya ən azı sosial mediada belə təhdidlər səslənirdi. Lakin onlar danışıqları tərk etmədilər”, – deyə ABŞ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, bu amil tərəflər arasında müəyyən irəliləyişin əldə olunduğunu göstərir. Bununla belə, Vens prosesin hələ də həssas mərhələdə olduğunu diqqətə çatdırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600