Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə aparılan danışıqların gedişinə dair yeni açıqlama verib.
Zefer.media xəbər verir ki, Əraqçı Tehran və Vaşinqton arasında münaqişənin həlli üzrə danışıqlar prosesinin iki mərhələyə bölündüyünü və tərəflərin ilk sazişin rəsmiləşdirilməsinə yaxınlaşdığını deyib.
O qeyd edib ki, İran və ABŞ nümayəndə heyətləri 19 iyun tarixində İsveçrədə “İslamabad Sazişi”ni imzalaya bilər.
Əraqçı vurğulayıb ki, yekun razılaşma nüvə məsələləri və sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutur. Bununla belə, Tehran prosesə ABŞ-yə qarşı mövcud inamsızlıq və əvvəlki razılaşmalardan çıxma təcrübəsini nəzərə alaraq yanaşır.
Zərintac Mayisqızı
















