Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurası yaydığı bəyanatda ABŞ ilə əldə olunmuş anlaşmanın icrası və gələcək danışıqlar prosesi ilə bağlı mövqeyini açıqlayıb.
Zefer.media xəbər verir ki, bəyanatda qeyd olunub:
“Şura danışıqlar prosesini və əldə edilmiş razılaşmaların həyata keçirilməsini yaxından izləyəcək”.
Məlumata görə, ABŞ tərəfindən hər hansı pozuntu və ya öhdəliklərin yerinə yetirilməməsi halında əvvəlcədən müəyyən edilmiş əks tədbirlərin görüləcəyi vurğulanıb.
Sənəddə ABŞ-yə qarşı “tam etimadsızlıq” ifadəsi işlədilərək, Vaşinqtonun keçmişdəki addımlarına istinad olunub və İranın ehtiyatlı mövqe tutacağı bildirilib.
Bəyanatda vurğulanıb ki, İran rəhbərliyinin göstərişlərinin icrası çərçivəsində ölkənin milli maraqları, İran xalqının hüquqları və “müqavimət cəbhəsi”nin maraqları ilə bağlı məsələlərdə heç bir güzəştə gedilməyəcək.
Zərintac Mayisqızı

















