İranın Xarici İşlər Nazirliyi Yaxın Şərqdə ABŞ-nin hərəkətlərinin Hörmüz boğazı ətrafındakı vəziyyətdə yeganə qeyri-sabitlik amili olduğunu bildirib.
Zefer.media İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, rəsmi Tehran regiondakı dəniz yollarında qeyri-sabitliyə səbəb olan yeganə amilin fevralın 28-dən başlayan ABŞ və İsrailin qanunsuz hərəkətləri olduğunu bəyan edib.
İran XİN vurğulayıb ki, ölkə ABŞ-nin bütün addımlarına “sarsıdıcı zərbə” ilə cavab verəcək.
Bundan əvvəl “Axios”un müxbiri və İsrailin 12-ci telekanalının əməkdaşı Barak Ravid ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusuna zərbələr endirdiyini bildirib.
Onun mənbəsinin sözlərinə görə, İran tərəfi həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlərin buraxılması üçün istifadə etməyi planlaşdırıb.
Məlumata görə, İran buna cavab olaraq ABŞ-nin İordaniyadakı hərbi bazalarına zərbələr endirib.
Aytən Yalçınqızı

















