Dünya

İran-ABŞ müharibəsinin maliyyə hesabı bağlandı: platforma dayandırıldı

18 İyun 2026, 16:091
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının maliyyə yükünü izləyən “Iran War Cost Tracker” platforması fəaliyyətini dayandırdığını açıqlayıb.

Zefer.media platformaya istinadən xəbər verir ki, ABŞ-İran qarşıdurması ilə əlaqədar hesablanan ümumi xərclər 113,3 milyard dollara çatıb. Bununla bağlı onlayn sayğac artıq aktiv deyil.

Bildirilir ki, 2026-cı il fevralın 28-dən iyunun 16-dək davam edən və ümumilikdə 108 günü əhatə edən münaqişə dövrünə aid bütün məlumatlar arxiv formatında saxlanılacaq.

Xatırladaq ki, platforma hərbi əməliyyatların büdcəyə təsirini, logistika, silah sistemləri, əməliyyat xərcləri və digər maliyyə göstəricilərini izləmək məqsədilə yaradılmışdı.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600