İran və ABŞ arasında münaqişənin həlli üzrə 14 bənddən ibarət memorandum layihəsi hazırlanıb.
Zefer.media xəbər verir ki, bununla əlaqədar “Mehr News” məlumat yayıb.
Layihənin müddəalarını təqdim edirik:
1. Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin birdəfəlik və dərhal dayandırılması;
2. ABŞ-nin İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmə öhdəliyi götürməsi;
3. Dəniz blokadasının 30 gün ərzində tamamilə qaldırılması;
4. ABŞ-nin İran ətrafındakı hərbi qüvvələrini geri çəkmək öhdəliyi;
5. Hörmüz boğazının 30 gün ərzində yenidən açılması;
6. Neft, neft-kimya məhsulları və törəmələrinin satışına qarşı sanksiyaların dayandırılması və İranın maliyyə resurslarına tam çıxışın təmin edilməsi;
7. ABŞ və müttəfiqlərinin İran üçün ən azı 300 milyard dollar dəyərində yenidənqurma planı təqdim etməsi;
8. Nüvə məsələsi üzrə yekun razılaşmaya nail olmaq üçün 60 gün müddətində danışıqların aparılması və ilkin, ikinci dərəcəli ABŞ sanksiyalarının, həmçinin BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qətnamələrinin tam ləğvi;
9. İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi.
10. Danışıqlar müddətində ABŞ-nin bölgədə əlavə hərbi qüvvə yerləşdirməməsi və yeni sanksiyalar tətbiq etməməsi öhdəliyi.
11. 60 günlük danışıqlar dövründə İranın dondurulmuş 24 milyard dollarlıq vəsaitinin azad edilməsi; bunun yarısının danışıqlar başlamazdan əvvəl təqdim olunması;
12. Sazişin icrasına nəzarət üçün monitorinq mexanizminin yaradılması;
13. Yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi;
14. Yekun danışıqlar başlamazdan əvvəl İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsi, neft sanksiyalarının dayandırılması və dəniz blokadasının qaldırılması şərt kimi irəli sürülür.
















