• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12° Weather Columbus
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İkinci Qarabağ müharibəsi şəhidi Mehrab Niftəliyevin doğum günüdür

13 May, 26 / 15:15
A A

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi Mehrab Niftəliyevin doğum günüdür.

Zefer.media xəbər verir ki, o1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub.

Şəhidimizin döyüş yoldaşı, XTQ mənsubu, qazi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə onunla bağlı paylaşım edib:

“Silahdaşım, qəhrəman qardaşım, şəhid Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev!
Bu gün mövlud günündür. Səninlə keçirdiyimiz çətin və unudulmaz günləri, xoş xatirələri heç zaman unutmadıq. Səninlə bağlı yazılacaq xatirələr bir kitaba belə sığmaz.
Ruhun şad olsun, qəhrəman qardaşım. Sən daim qəlbimizdə yaşayacaqsan”.

Bəhruz Məmmədzadə həmçinin, paylaşdığı məlumatda qeyd edib:

“Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalına verilib”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026
Cəmiyyət

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Oktyabr 28, 2026
Cəmiyyət

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

Oktyabr 27, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.