Dünya

Hörmüz boğazı ilə bağlı qanun layihəsi İran parlamentinə təqdim edilib

5 İyun 2026, 13:062
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin üzvü Əli Babayi Karnayi “Hörmüz boğazının idarə olunması” ilə bağlı üçüncü təcili kateqoriyalı qanun layihəsinin parlamentə təqdim edildiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, millət vəkili sənəd qəbul ediləcəyi halda İrana Hörmüz boğazı üzrə iqtisadi, sosial və təhlükəsizlik sahələrində daha geniş səlahiyyətlərin verilməsinin nəzərdə tutulduğu bildirilib.

Layihənin məqsədi boğazla bağlı nəqliyyat və fəaliyyətlərin vahid çərçivə daxilində idarə olunması və inteqrasiya olunmuş nəzarət mexanizminin yaradılmasıdır. Hörmüz boğazı qlobal enerji ticarətində ən mühüm marşrutlardan biri hesab olunur.

Məlumata görə, sözügedən təşəbbüs Tehran və Vaşinqton arasında aparılan danışıqlarda Hörmüz boğazı məsələsinin əsas müzakirə mövzularından birinə çevrildiyi bir vaxta təsadüf edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600