ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra İranda bəzi dini rəsmilərin region ölkələrinə yönəlik sərt açıqlamaları gündəmə gəlib.
Zefer.media xəbər verir ki, bu qəbildən olan bəyanatlardan biri Təbrizin cümə imamı Əhməd Mütəhhəri Əsl tərəfindən səsləndirilib.
O bildirib ki, “hər hansı qonşu ölkənin ərazisindən İrana qarşı istifadə olunarsa, həmin ölkə yerlə yeksan ediləcək”.
Cümə imamı region ölkələrini asılılıqda ittiham edərək onların bir çox ehtiyaclarının, o cümlədən ərzaq təminatının xarici mənbələrdən asılı olduğunu iddia edib.
Zərintac Mayisqızı

















