Bu gün Hizbullahın baş katibi Nəim Qasım çıxışında təşkilatın İsraillə birbaşa danışıqları “qətiyyən rədd etdiyini” söyləyib.
Zefer.media İran mediasına istinadən xəbər verir ki, o, Livan hökumətini dolayı danışıqlara qayıtmaq və “müqaviməti” cinayət hesab etmək qərarını ləğv etmək də daxil olmaqla, “səhvlərindən dönməyə” çağırıb.
Qasım Hizbullahın tərksilahı qəbul etməyəcəyini vurğulayıb.
“Müqavimət hərəkatının silahları təcavüzü dəf etmək və varlığımızı qorumaq üçün nəzərdə tutulub; biz silahlarımızdan və müdafiəmizdən imtina etməyəcəyik”, – deyə o, bildirib.
Bundan əlavə, baş katib Pakistandakı danışıqlar zamanı atəşkəsin İranın sayəsində əldə edildiyini və bunun üçün İslam Respublikasına təşəkkür etdiyini qeyd edib.
Zərintac Mayisqızı

















