• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.3° Weather Ashburn
$
1.7
€
1.9069
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Hikmət Hacıyev: Mərkəzi Asiya və Azərbaycan olaraq Bütün Avrasiya xəritəsini dəyişirik

02 Oktyabr, 26 / 9:59
A A

“Münaqişədən əvvəl Azərbaycanın xarici siyasətini və strateji təfəkkürünü geopolitik buxovlar daxilində saxlayan amillər var idi”.

Zefer.media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA Regional Forumunda deyib.

O bildirib ki, artıq Azərbaycanın xarici siyasət xətti də dəyişir:

“İndi biz bunun kənarına çıxırıq və buna Azərbaycanın çoxşaxəli geopolitik kimliyi deyirik. Bu, Azərbaycanın yeni bir geopolitik kimlik axtarışında olması demək deyil. Bizim artıq geopolitik kimliyimiz var. Biz qafqazlıyıq? Bəli, bu regiona aidik. Lakin, eyni zamanda, daha geniş Xəzər regionuna aidik və son zamanlar Mərkəzi Asiyanın tam hüquqlu üzvü olmuşuq. Özümüzü və ölkəmizi tarixi, mədəni, dil və bir çox telləri paylaşdığımız daha geniş Mərkəzi Asiyanın bir hissəsi hesab edirik. Biz avropalıyıq və Avropa təsisatlarının bir hissəsiyik. Eyni zamanda, Yaxın Şərqliyik və daha geniş Qara dəniz regionuna da aidik.

Bütün bu ünsürlər bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Görə biləcəyiniz kimi, Yaxın Şərqdə Azərbaycan məmnuniyyətlə qarşılanan bir tərəfdaşdır və eyni zamanda, müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir. Bu da Azərbaycanın yeni siyasi, geopolitik və xarici siyasət təfəkkürünün bir hissəsidir”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın regional dialoq prosesinə daha yaxından inteqrasiya olunub:

“Bu vəziyyət Azərbaycanın xüsusilə Mərkəzi Asiya ölkələri ilə olan yeni geopolitik kimliyinə əsaslanır. Mərkəzi Asiya ölkələrinin və bütün bu dövlətlərin Azərbaycanı Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasına qəbul etmək barədə yekdilliklə verdiyi qərardan son dərəcə məmnunluq duyuruq. Hər zaman məcazi mənada deyirəm ki, bu, sadəcə riyazi “5+1” məsələsi deyil. Azərbaycanın Mərkəzi Asiya klubuna qoşulması bir kimya və qovuşma məsələsidir. Azərbaycan öz köklərinə qayıdır. Buna görə də, indi Mərkəzi Asiya və Azərbaycan olaraq bütün Xəzər regionunu formalaşdırırıq və daha geniş regionumuzda yeni geopolitik və geoinkişaf kimliyi yaradırıq. İlk növbədə siyasi münasibətlər, iqtisadiyyat, ticarət, biznes və ən əsası nəqliyyat bağlılığıdır. Çünki Azərbaycan və Mərkəzi Asiya dənizə çıxışı olmayan regionlardır və biz yeni nəqliyyat əlaqələrimiz üzərində intensiv çalışırıq.

Bu parametrlərə əsaslanaraq, Mərkəzi Asiyadakı dostlarımız və Cənubi Qafqazdakı tərəfdaşlarımızla birlikdə bütün Avrasiya nəqliyyat və kommunikasiya xəritəsini dəyişməyə çalışdığımızı düşünürəm. Bağlılıq bizim üçün sadəcə yükü bir nöqtədən digərinə daşımaq deyil. bu, sivilizasiya və geopolitika ilə bağlı bir məsələdir.

Geniş Avrasiya materikinin mərkəzində Azərbaycan və Mərkəzi Asiya olaraq Çindən başlayaraq Qərbə doğru uzanan və bunun əks istiqamətində yeni bir kommunikasiya xətti inşa edirik. Ölkələrimizin artıq burada müəyyən mühüm parametrlərə əsaslanan həlledici rolu olduğuna inanıram”.

Bənzər Xəbərlər

Gündəm

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

Oktyabr 6, 2026
Gündəm

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Oktyabr 6, 2026
Gündəm

Asiya İnkişaf Bankı Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar ayırıb

Oktyabr 6, 2026
Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur təşkil edib

Oktyabr 6, 2026
Gündəm

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Oktyabr 6, 2026
Gündəm

Oktyabr 6, 2026

XƏBƏR LENTİ

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

06 Oktyabr, 26 / 22:15

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

06 Oktyabr, 26 / 20:42

Avropa Komissiyası Aİ ölkələrinin veto hüququndan məhrum edilməsini təklif edib

06 Oktyabr, 26 / 20:33

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr, 26 / 20:30

Ermənistan Gümrüdəki bazanın gələcək taleyinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır - Rusiya XİN rəsmisi

06 Oktyabr, 26 / 20:25

Pakistan 30-40 min hərbçi göndərilməsi xəbərini təkzib edib

06 Oktyabr, 26 / 20:22

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr, 26 / 20:21

Soçi sahillərində gəmidə yanğın baş verib

06 Oktyabr, 26 / 20:18

Türk dövlətləri kosmos sahəsində səylərini birləşdirir

06 Oktyabr, 26 / 20:11

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

06 Oktyabr, 26 / 20:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.