• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57
A A

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. 

Müdafiə Naziriyindən Zefer.media – ya verilən məlumata görə, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinində iştirak etdiyi təlim bir neçə mərhələdə həyata keçirilib.

Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olmuşdur.

Plana əsasən təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilərək əməliyyat rayonlarına çıxarılmışdır.

Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, eləcə də HHQ-nin insansız hava vasitələri tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə yetirilmişdir.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və DSXSM-nin gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsi tapşırıqlarını icra etmiş, şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini yerinə yetirmiş, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları zərərsizləşdirmişlər.

Dəniz xüsusi təyinatlılardan ibarət Gəmi Əməliyyatları Qrupları helikopterlərin havadan, DSX-nin və HDQ-nin artilleriya katerlərinin dənizdən atəş dəstəyi ilə ələ keçirilmiş gəminin dayandırılması, gəminin və girov saxlanılan insanların xilas edilməsi üzrə döyüş tapşırıqlarını icra etmişdir.

Dəniz piyada bölmələri terrorçu qruplar tərəfindən ələ keçirilmiş yaşayış məntəqəsində saxlanılan girovların azad olunması üzrə taktiki fəaliyyətləri yerinə yetirmişlər.

Terrorçu qruplar tərəfində partladılan gəmidə yanğının söndürülməsi, yaralıların və suya düşmüş insanların xilas edilməsi, eləcədə gəminin sualtı hissəsinə quraşdırılmış minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər HDQ-nin Axtarış Xilasetmə Xidmətinin, eləcə də FHN-nin gəmi və katerlərinin, dalğıc və xilasedicilərinin, yanğınsöndürmə və xilasetmə helikopterlərinin cəlb edilməsi ilə yerinə yetirilmişdir.

İti sürətli xilasetmə katerləri vasitəsilə ağır yaralıların ən qısa zamanda tibbi gəmiyə təxliyəsi və onlara tibbi yardımın göstərilməsi üzrə elementlər də bu mərhələdə icra edilmişdir.

Təlimin sonunda təlimə cəlb edilmiş qurumların gəmi, kater və xüsusi texnikaların, eləcə də silahlanmaya yeni qəbul edilmiş silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi icra edilmişdir.

Döyüş atışlı taktiki təlimdə əsas diqqət Xəzər dənizinin ümumi su məkanında, Azərbaycan Respublikasına məxsus ərazi sularında və sahilyanı ərazilərindəki kritik enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların həllində digər qoşun növləri və silahlı birləşmələrlə birgə fəaliyyətlərin təkmilləşdirilməsinə, qarşılıqlı əlaqənin təşkilinə, həmçinin müxtəlif şəraitlərdə gəmilərin idarə olunmasına yönəldilmişdir.

Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra etmişlər.

https://youtu.be/6rkUDmhtOVo?si=mndZHSLqDchYiZZg

Bənzər Xəbərlər

Xarici xəbərlər

Ukrayna Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq NATO qüvvələrinə komandanlıq etmək hüququnu əldə edib

İyul 24, 2026
Hərbi

Aİ Rusiyanın “kölgə donanması”na aid şübhəli neft tankerinə baxış keçirib

İyul 23, 2026
Hərbi

Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdə olub

İyul 22, 2026
Hərbi

Zelenski etirazlardan sonra Ukrayna Ordusunun baş komandanını vəzifəsindən azad edib

İyul 22, 2026
Xarici xəbərlər

Zelenski Donetsk bölgəsində Rusiyanın hücumlarına qarşı qərarı yüksək rütbəli komandirlə müzakirə edib

İyul 21, 2026
Dünya

General: “ABŞ qüvvələri ölkəyə girərsə, öz ərazimizi də bombalayarıq”

İyul 21, 2026

XƏBƏR LENTİ

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.