Avropa İttifaqı (Aİ) qüvvələri iyulun 20-də beynəlxalq dəniz hüququnu pozaraq saxta bayraq altında üzməkdə şübhəli bilinən “MV South Star” neft tankerinə baxış keçirib.
Zefer.media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə əməliyyat Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”na qarşı mübarizə çərçivəsində həyata keçirilib. “Reuters” gəminin görüntülərini arxiv materialları ilə müqayisə edərək onun “South Star” olduğunu müəyyənləşdirib. Gəminin iyulun 20-də Malta sahilləri yaxınlığında olduğu izləmə məlumatları ilə təsdiqlənib.
Zərintac Mayisqızı

















