• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Hazırda Paşinyan hökuməti Rusiyanın maraqlarına daha uyğundur - Əli Zülfüqaroğlu

03 İyun, 26 / 9:52
A A

Rusiya–Ermənistan münasibətlərində son dövrlər siyasi gərginlik və fikir ayrılıqları ilə daha çox diqqət çəkir. Rusiyanın Ermənistandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırılması iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı müzakirələrin aparılacağı ehtimalını gündəmə gətirib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Zefer.media-ya açıqlamasında bildirib ki, hazırkı mərhələdə Rusiyanın Ermənistanla bağlı planları hakimiyyət dəyişikliyinə yönəlməyib.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Ermənistanın Qərbyönlü siyasəti ilə əlaqədar Rusiya rəsmiləri tərəfindən narazı açıqlamalar səsləndirilsə də, ümumi mənzərədə, xüsusilə Ukrayna müharibəsi başlayandan sonra İrəvan Moskvanın maraqlarına uyğun addımlar atıb:

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi təqribən altı dəfə artıb. Bu isə əsasən Avropa və ABŞ mallarının Ermənistan üzərindən Rusiyaya, bəzi Rusiya məhsullarının isə Ermənistan vasitəsilə Avropaya çatdırılması hesabına baş verib. Bu da birmənalı şəkildə Rusiyanın maraqlarına cavab verir”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Rusiyanın təhdid ritorikasından sonra Paşinyanın son dövrlərdə azalan reytinqində artım müşahidə edilir:

“Son sorğuların nəticələri göstərir ki, əslində Rusiyanın təhdidləri Ermənistan hökumətinin xeyrinə işləyib. Çünki Ermənistan ictimai rəyində Rusiyaya qarşı mənfi münasibət mövcuddur və son beş ildə bu tendensiya daha da güclənib. Ona görə də düşünürəm ki, Paşinyanın yenidən qələbə qazanmaq ehtimalı yüksəkdir”.

Siyasi şərhçi hesab edir ki, hazırkı mərhələdə Paşinyan hökuməti Rusiyanın maraqlarına daha uyğundur, nəinki revanşist qüvvələrin hakimiyyətə gəlməsi:

“Paşinyan Avropa İttifaqı tərəfindən hakimiyyətə gətirilib və Qərbmeyilli siyasətçi kimi tanınır. Avropa İttifaqı və onun siyasi liderlərindən biri olan Fransa Paşinyana ciddi dəstək verir. Bu isə Rusiyayla əməkdaşlıq etdiyi üçün Ermənistanı Avropa İttifaqının mümkün təzyiqləri və sanksiyalarından qoruyur. Rusiyaya da hazırkı mərhələdə məhz bu lazımdır. Sanksiyalara məruz qalmayan Ermənistan üzərindən ticarətin davam etdirilməsi Moskva üçün əhəmiyyət daşıyır.

Əgər Ermənistanda Rusiyayönlü qüvvələr hakimiyyətə gəlsə, bu halda Ermənistan–Qərb münasibətlərində problemlər yarana bilər. Bunun nəticəsində sanksiya altında olan malların Ermənistan üzərindən Rusiyaya daşınması prosesi çətinləşər. Ona görə də hesab edirəm ki, hazırkı mərhələdə Paşinyanın hakimiyyətdə qalması Rusiyanın maraqlarına daha uyğundur. Moskva sadəcə Paşinyanı təzyiq altında saxlamaq üçün ona qarşı güclü müxalifət formalaşdırmağa çalışır. Paşinyan isə koalisiyaya getməyə məcbur qalacağından ehtiyat edir və maksimum səy göstərir ki, hakim partiya hökuməti təkbaşına formalaşdırsın”.

Bənzər Xəbərlər

Gündəm

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

Noyabr 6, 2026
Cəmiyyət

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

Noyabr 6, 2026
Manşet

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

Noyabr 6, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Siyasət

İlham Əliyev onlara müraciət ünvanladı

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Russell Brand barəsində yeni ittihamların irəli sürülməsi istisna edilmir

06 Noyabr, 26 / 21:02

Fransada avtobus qəzası: iki nəfər ölüb, yaralılar var

06 Noyabr, 26 / 20:55

“Tesla Cybertruck”ın istehsalı dayandırıla bilər

06 Noyabr, 26 / 20:46

“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır” – Burhanettin Duran

06 Noyabr, 26 / 20:36

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.