• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.4° Weather Ashburn
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Həyatımızın görünməz qatili: Süfrəmizə qədər gələn mikroplastik təhlükəsi

20 May, 26 / 8:59
A A

Plastik həyatımızın ayrılmaz hissəsinə çevrilib — su butulkalarından qida qablarına, alış-veriş paketlərindən gündəlik istifadə etdiyimiz məişət əşyalarına qədər hər yerdə onunla qarşılaşırıq. Ancaq çox vaxt fərqinə varmadan həmin plastiklərin kiçik hissəcikləri də həyatımıza daxil olur. Gözlə görünməyəcək qədər xırda olan mikroplastiklər içdiyimiz su, yediyimiz qida, xüsusilə dəniz məhsulları və plastik qablaşdırmalar vasitəsilə insan orqanizminə keçir.

Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, mikroplastiklər yalnız ətraf mühit üçün deyil, insan sağlamlığı üçün də potensial təhlükə yaradır. Sözügedən hissəciklərin bədəndə toplanmasının hormonal dəyişikliklər, immun sisteminə təsirlər və uzunmüddətli sağlamlıq riskləri yarada biləcəyi ehtimal edilir. Gündəlik həyatımızda sadə görünən seçimlərin əslində sağlamlığımıza necə təsir göstərdiyini anlamaq üçün mikroplastik probleminə daha yaxından baxmaq vacibdir.

Bəs görəsən qida mütəxəssisləri bu barədə nə düşünürlər?

Qida eksperti Fərid Səfərov Zefer.media–ya açıqlamasında bildirib ki, Mikroplastiklər müasir dövrdə həm ekoloji, həm də sağlamlıq baxımından ən çox müzakirə olunan mövzulardan biridir:

“Plastik məhsulların parçalanması nəticəsində yaranan bu xırda hissəciklər su, qida və hətta hava vasitəsilə insan orqanizminə daxil ola bilir. Xüsusilə qida ilə təmasda olan plastik qablaşdırmaların istifadəsi son illərdə ciddi diqqət mərkəzindədir”.

1.Plastik qabda saxlanılan və ya qızdırılan yeməklər sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?

-Plastik qabda saxlanılan və ya qızdırılan yeməklər müəyyən risk yarada bilər. Xüsusilə yüksək temperatur zamanı bəzi plastik növlərindən kimyəvi maddələrin qidaya keçmə ehtimalı artır. Yağlı və isti yeməklərdə bu risk daha yüksək hesab olunur. Mikrodalğalı sobada uyğun olmayan plastik qabların istifadəsi də təhlükəni artırır. Uzunmüddətli dövrdə bəzi kimyəvi maddələrin hormonal sistemə təsir göstərə biləcəyi ilə bağlı araşdırmalar mövcuddur. Buna görə isti yeməklər üçün şüşə, keramika və ya xüsusi istiliyədavamlı qablara üstünlük verilməsi daha təhlükəsiz hesab olunur.

2.Uşaqların qidalanmasında plastik qablaşdırmanın istifadəsi hansı risklər yaradır?

-Uşaqlar plastiklə bağlı risklərə qarşı daha həssas qrup sayılır. Çünki onların immun və hormonal sistemi tam formalaşmayıb. Körpə butulkaları, plastik qaşıqlar, qida qabları və birdəfəlik qablaşdırmalar keyfiyyətsiz materialdan hazırlandıqda risk yarada bilər. Xüsusilə isti südün və ya yeməyin uyğun olmayan plastik qabda saxlanılması mikroplastik və kimyəvi maddələrin ayrılma ehtimalını artıra bilər. Buna görə uşaqlar üçün BPA-sız və qida üçün təhlükəsiz sertifikatlı məhsullar seçilməlidir.

3. Marketlərdə süd, qatıq, ayran və müxtəlif yağ məhsullarının plastik qablarda saxlanılması və satışa təqdim olunması insan sağlamlığı üçün risk yarada bilərmi?

-Marketlərdə süd, qatıq, ayran və yağ məhsullarının plastik qablarda satılması isə tamamilə təhlükəli demək deyil. Qida sənayesində istifadə olunan qablaşdırmalar müəyyən standartlara uyğun istehsal olunur və düzgün saxlanıldıqda adətən təhlükəsiz hesab edilir. Lakin məhsul yüksək temperaturda saxlanıldıqda, günəş altında qaldıqda və ya qablaşdırma keyfiyyətsiz olduqda risk yarana bilər. Xüsusilə yağlı məhsullarda plastiklə təmas daha çox diqqət tələb edir. Buna görə istehlakçılar məhsulun saxlanma şəraitinə, qablaşdırmanın zədələnməməsinə və etibarlı istehsalçı seçiminə diqqət etməlidirlər”.

Ekspertin sözlərinə görə yam şəkildə plastikdən uzaq qalmaq bu gün çətin olsa da, gündəlik həyatda daha təhlükəsiz seçimlər etmək mümkündür:

“Şüşə qabların istifadəsi, isti qidanın plastikdə saxlanmaması, birdəfəlik plastiklərin azaldılması və keyfiyyətli qablaşdırmaya üstünlük verilməsi mikroplastik təsirini azaltmağa kömək edə bilər”.

Qida təhlükəsizliyinə birbaşa cavabdeh olan rəsmi qurumun (AQTA) mövzuya dair suallarımızı cavabsız qoyması təəssüf doğursa da, bu reallığı dəyişmir: sağlamlığımızın keşiyində ilk növbədə özümüz durmalıyıq. Şüurlu istehlak və düzgün seçim hər birimizin sağlam gələcəyinin təminatıdır.

​Sağlam qidalanaq və sağlam yaşayaq. Ataların təbirincə də söyləsək: “Sağlam bədəndə, sağlam ruh olar”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Səyyar ASAN xidmət Gürcüstanda

İyun 8, 2026
Cəmiyyət

Lisey və gimnaziyalara qəbul başlayır

İyun 8, 2026
Manşet

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb

İyun 8, 2026
Cəmiyyət

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

İyun 8, 2026
Cəmiyyət

Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi

İyun 8, 2026
Cəmiyyət

Sabaha olan hava proqnozu

İyun 8, 2026

XƏBƏR LENTİ

HHQ-də zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

08 İyun, 26 / 23:00

Səyyar ASAN xidmət Gürcüstanda

08 İyun, 26 / 22:56

Türkiyə MICE turizmində qlobal mövqeyini daha da gücləndirir

08 İyun, 26 / 22:50

Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi — VİDEO/FOTO

08 İyun, 26 / 22:42

İran İsrailə qarşı hərbi əməliyyatları dayandırdı

08 İyun, 26 / 16:21

Lisey və gimnaziyalara qəbul başlayır

08 İyun, 26 / 14:59

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb

08 İyun, 26 / 14:55

Ermənistan ardıcıl ikinci ildir ki, KTMT-yə üzvlük haqqını ödəmir

08 İyun, 26 / 14:35
Republican presidential nominee former President Donald Trump is pictured at an election night watch party, Wednesday, Nov. 6, 2024, in West Palm Beach, Fla. (AP Photo/Alex Brandon)

Tramp İsrail və İranı atəşi dayandırmağa çağırıb

08 İyun, 26 / 14:33

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08 İyun, 26 / 14:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.