Dünya

Fiko Ukrayna ilə Rusiya arasında birbaşa əlaqə xətti təşkil etmək istəyir

18 İyun 2026, 17:531
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Slovakiyanın Baş naziri Robert Fiko Aİ-yə Ukrayna ilə Rusiya arasında birbaşa əlaqə xəttinin təşkilini təklif etmək istəyir.

Zefer.media xəbər verir ki, bu barədə “aktuality.sk” məlumat yayıb.

Nəşrin məlumatına görə, Fiko bu gün, Avropa Şurasının iclasından əvvəl Macarıstanın Baş naziri Peter Magyarla ilk dəfə şəxsən görüşəcək.

O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkələr arasında münasibətlərin gələcəyi ilə bağlı danışıqlar aparacaq.

Nazir bildirib: “Güman edirəm ki, ilk növbədə Ukraynanın Avropa İttifaqına daxil olması prosesi barədə danışacağıq”.

Slovakiyanın Baş naziri Ukrayna ilə bağlı sammitdən sonra qəbul edilən birgə kommunikeni dəstəkləməməsi üçün heç bir səbəb görmədiyini söyləyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600