• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Fərid Şahbazlı: Humanitar hüquq bütün münaqişələrdə qorunmalıdır

16 İyun, 26 / 15:37
A A

Qəzza zolağında davam edən hərbi əməliyyatlar və mülki itkilər beynəlxalq səviyyədə narahatlıq doğurmaqda davam edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun İsrailə yönəlmiş son tənqidi açıqlamaları da sözügedən müzakirələri yenidən gündəmə gətirib.

Məsələnin beynəlxalq münasibətlərə mümkün təsirləri barədə Zefer.media-ya açıqlama verən siyasi şərhçi Fərid Şahbazlı Qəzza zolağındakı mülki itkilərlə bağlı beynəlxalq narahatlıqların getdikcə artdığını bildirib :

“Ümumiyyətlə, Qəzza zolağında həyata keçirilən hərbi əməliyyatlar, xüsusilə də mülki şəxslərin hücumlara məruz qalması ilə bağlı təkcə Belarus deyil, hətta İsraillə müttəfiqlik münasibətlərində olan bir sıra nüfuzlu Avropa dövlətləri də müxtəlif açıqlamalar verərək bu vəziyyəti tənqid ediblər.

Hesab edirəm ki, bu, humanitar hüququn qorunması ilə bağlı dünya ictimaiyyətinin və Qərb ölkələrinin nümayiş etdirdiyi ümumi reaksiyadır. Çünki müharibə şəraitində tərəflərin hər biri özünü haqlı hesab etsə belə, ən vacib məqamlardan biri humanitar hüququn qorunması və mülki şəxslərin hərbi əməliyyatların hədəfinə çevrilməməsidir.

Təəssüflə qeyd etmək lazımdır ki, Qəzza zolağında uzun illərdir təkcə hərbi qulluqçular və hərbi obyektlər deyil, mülki şəxslər və mülki infrastruktur da münaqişənin hədəfinə və qurbanına çevrilib. Bu baxımdan Lukaşenkonun səsləndirdiyi fikirlər nə təəccüblü, nə də təsadüfi görünür. Çünki İsrailin bu istiqamətdəki fəaliyyətinə etirazlar dünyanın bir çox ölkələrinin liderləri tərəfindən dəfələrlə ifadə olunub.

Lakin görünən odur ki, İsrail rəhbərliyi dəfələrlə bəyan edib ki, qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcək. Onların açıqlamaları ilə atdıqları addımlar arasında da müəyyən uyğunluq müşahidə olunur”.

Siyasi şərhçi vurğulayıb ki, ən ağır müharibələrdə belə mülki əhalinin hədəfə çevrilməsinə yol verilməməlidir:

“Fikrimcə, ümumi yanaşma ondan ibarət olmalıdır ki, hətta ən ağır və radikal müharibələr zamanı belə mülki əhali və mülki obyektlər qorunmalıdır.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən bütün dünyaya nümunə ola biləcək döyüş və müharibə etikası nümayiş etdirdi. Bu günə qədər düşmənin müxtəlif təxribatlarına və terror xarakterli hücumlarına, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə mülki əhaliyə qarşı törədilmiş hücumlara baxmayaraq, Azərbaycanın Ermənistan ərazisində və ya Qarabağ bölgəsində mülki obyektləri və mülki şəxsləri məqsədli şəkildə hədəf almasına dair hər hansı fakt mövcud deyil.

Hərbi əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirildi və yalnız legitim hərbi hədəflər vuruldu. Ona görə də düşünürəm ki, bütün ölkələr və münaqişələrdə məhz həmin prinsip əsas götürülməlidir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

Noyabr 6, 2026
Cəmiyyət

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

Noyabr 6, 2026
Manşet

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

Noyabr 6, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Siyasət

İlham Əliyev onlara müraciət ünvanladı

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Russell Brand barəsində yeni ittihamların irəli sürülməsi istisna edilmir

06 Noyabr, 26 / 21:02

Fransada avtobus qəzası: iki nəfər ölüb, yaralılar var

06 Noyabr, 26 / 20:55

“Tesla Cybertruck”ın istehsalı dayandırıla bilər

06 Noyabr, 26 / 20:46

“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır” – Burhanettin Duran

06 Noyabr, 26 / 20:36

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.