• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.8° Weather Columbus
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

"Əvvəllər hər şey daha yaxşı idi?” — insanların keçmişi idealizə etməsinin psixoloji səbəbləri

08 May, 26 / 17:16
A A

Son illər insanlar arasında “əvvəlki dövrlər daha gözəl idi” fikri çox səslənir. Xüsusilə sosial şəbəkələrdə keçmiş illərlə bağlı nostalji paylaşımlar diqqət çəkir.

Zefer.media–ya açıqlama verən psixoloq Helin Şadfar mövzu haqda belə deyib ki, əslində həyatın hər dönəminin həm yaxşı, həm də pis tərəfləri olub:

“Sadəcə zaman keçdikcə insanlar keçmişə qarşı bir özləm hiss etməyə başlayır və sanki o dövrlərdə hər şey daha gözəl imiş kimi görünür. “Demək olar ki, hər kəs bir-birinə güvənərdi, daha mehriban və səmimi idilər, qonşular bir-birinin evinə rahat girib çıxardı” — həmin qəbildən fikirləri köhnə nəsildən tez-tez eşidirik. Amma nəzərdən qaçan bir məqama diqqət yetirək: o “isti və səmimi” görüntünün arxasında bəzən paxıllıq, mənfi niyyətlər, nəzər və susdurulmuş problemlər də gizlənirdi. Bugünkü dövrdə isə insanlar daha açıq görünür və əvvəllər gizlədilən bəzi reallıqlar artıq üzə çıxır. Ona görə də bəzilərinə elə gəlir ki, “əvvəllər hər şey daha yaxşı idi”. Halbuki yaxşılıq da, pislik də insan var olduqca bizimlə birlikdə yaşayacaq. Önəmli məsələ isə bunlara necə yanaşdığımız və özümüzə nə qədər dürüst ola bildiyimizdir. Çünki hər zaman ən əsası niyyət, mənəviyyatdır”.

Həmçinin onu da psixoloq vurğulayıb ki, nostalji müəyyən mənada insanı rahatlaşdırır:

“Beyin özünü təhlükəsiz hiss etdiyi xatirələrə qayıtmağa meyllidir. Halbuki insan keçmişə həddindən artıq bağlananda indiki zamanı yaşamaq çətinləşə bilər. Çünki beyin davamlı olaraq “ən yaxşı günlər geridə qaldı” düşüncəsini bəsləyir. Psixologiyada buna “rosy retrospection” – keçmişi olduğundan daha gözəl xatırlama meyli deyilir. Beynimiz illər keçdikcə pis xatirələrin təsirini zəiflədir, müsbət hissləri isə daha çox yadda saxlayır. Buna görə də keçmiş çox vaxt bizə olduğundan daha yaxşı görünür. Məsələn, uşaqlığında çətinlik yaşamış bir şəxs belə sonradan “yenə də o vaxtlar daha səmimi idi” deyə bilər. Çünki insan beyni həmin dövrdə hiss etdiyi yaxınlıq, təhlükəsizlik və aidiyyət hissini ön plana çıxarır. Sözügedən hiss bəzən əksəriyyətin dəyişən zamana uyğunlaşmaqda çətinlik çəkməsindən, zamanın çox sürətli keçdiyini hiss etməsindən və ya indiki həyatlarından tam razı olmamalarından qaynaqlanır”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Cəmiyyət

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026
Cəmiyyət

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Oktyabr 28, 2026
Cəmiyyət

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

Oktyabr 27, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.