Hərbi

ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib – Video

5 May 2026, 19:113
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb. 

Müdafiə Nazirliyindən Zefer.media – ya verilən məlumata görə, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra onların işgüzar və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib, hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin ediliblər.

Şəxsi heyətlə məsuliyyətliliyin formalaşdırılması istiqamətində maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri, eləcə də təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, atıcı silahlardan və əl qumbaraatanlarından praktiki atış çalışmaları yerinə yetirilib.

Video : https://youtu.be/6zY5OiRpjws?si=B4wa7AyokHbSlXux

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600