Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukrayna üçün sursat alınması ilə bağlı yaranan qalmaqal fonunda istefa verdiyini açıqlayıb. O, baş verənlərə görə siyasi məsuliyyəti öz üzərinə götürüb.
Zefer.media Minval.az – a istinadən xəbər verir ki, qalmaqala səbəb Ukrayna üçün sursat alınması məqsədilə Hindistan şirkətlərinə 70 milyon avro məbləğində əvvəlcədən ödəniş edilməsi olub. Həmin şirkətlər daha əvvəl bu növ sursatların ticarəti ilə məşğul olmayıblar.
Pevkur müqavilələri gördüyünü, lakin onları oxumadığını etiraf edib. Nazir bunun onun səlahiyyətlərinə daxil olan məsələlərdə belə detallarla məşğul olmadığını bildirib.
Pevkur 2022-ci ildən Estoniyanın müdafiə naziri vəzifəsini tuturdu.
Pərvin Hacıyeva

















