Gündəm

Ermənistanda köhnə avtomobillərlə bağlı məhdudiyyət : Bu avtomobillər paytaxta girə bilməyəcək

25 Noyabr 2026, 12:000
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanda 2010-cu ildən əvvəl istehsal olunmuş avtomobillərin Yerevana girişinə məhdudiyyət qoyulacağı iddia edilir.

Zefer.media xəbər verir ki, bu barədə Gevorq Stepanyan sosial şəbəkədə paylaşım edib.

Yeni qaydalar qüvvəyə minərsə, 2010-cu ildən köhnə avtomobillərin sahibləri paytaxta daxil olmaqda çətinliklə üzləşəcəklər.

Stepanyanın iddiasına görə, maye qaz və sıxılmış qazla işləyən avtomobillər, eləcə də “Avro-4” ekoloji standartına uyğun olmayan nəqliyyat vasitələri üçün də məhdudiyyətlər nəzərdə tutula bilər.

O, mümkün dəyişikliklərin avtomobil sahiblərinə əlavə maliyyə yükü yaradacağını və cəmiyyətdə sosial bərabərsizliyi dərinləşdirəcəyini iddia edib.

Qeyd edək ki, Stepanyanın paylaşımında sözügedən məhdudiyyətlərin tətbiqinə dair rəsmi qərarın mətni və qüvvəyə minmə tarixi göstərilməyib. Məsələ ilə bağlı Yerevan şəhər rəhbərliyinin rəsmi mövqeyi təqdim olunan məlumatda yer almayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600