Ermənistan və Türkiyə arasında birbaşa ticarətə maneələrin aradan qaldırılması malların qiymətlərinin aşağı düşməsinə səbəb olmalıdır.
Zefer.media xəbər verir ki, bu barədə məzuniyyətdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki kampaniyası zamanı jurnalistlərə bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl İrəvan və Ankaranın birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırdığını ifadə etmişdi.
Bu arada, Ermənistan Xarici İşlər Nazirliyi Ankaranın İrəvanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayıb və bu addımı ikitərəfli münasibətlərin normallaşdırılması prosesində daha bir nailiyyət kimi qiymətləndirib.
Zərintac Mayisqızı















