Ermənistanda gömrük əməkdaşları İrandan gətirilən yük maşınında qeyri-adi qaçaqmalçılıq cəhdinin qarşısını alıblar.
Zefer.media xəbər verir ki, iranlı sürücünün idarə etdiyi yük maşınının kabinəsindəki yastıqların içərisində gizlədilmiş 26 kiloqram ağırlığında 143 dəstə təbii insan saçı aşkarlanıb.
Komitədən bildirilib ki, belə halların sayı son aylarda artmaqdadır. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin əvvəlindən iyun ayınadək təbii saçların gizli və ya bəyan edilmədən idxalı ilə bağlı 11 fakt qeydə alınıb.
Həmin dövrdə ümumilikdə 135,7 kiloqram ağırlığında və 621 dəstə təbii insan saçının Ermənistan ərazisinə keçirilməsinə cəhd göstərildiyi bildirilib.
Sosial mediada isə saçların yanvar etirazlarında öldürülən qadın və qızlara aid olduğu açıqlanıb.
Zərintac Mayisqızı

















