Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və İran arasında bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.
Zefer.media xəbər verir ki, bununla bağlı, Paşinyan “X” hesabında paylaşım edərək bildirib:
“Biz, habelə, Pakistanın da vasitəçilik səylərini yüksək qiymətləndiririk və qətiyyətlə inanırıq ki, bütün həll olunmamış məsələləri aradan qaldırmaq və Yaxın Şərqdə sülhü qorumaq üçün diplomatiya üstünlük təşkil etməlidir”.
Zərintac Mayisqızı

















