• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.1° Weather Columbus
$
1.7
€
1.9097
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

Elm və təhsil nazirinin müavini Şamaxıda müəllim və valideynlərlə görüşüb

24 Aprel, 26 / 18:03
A A

Aprelin 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Şamaxı rayonuna səfər edib.

Zefer.media xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

 

Habelə Dağlıq Şirvan regionu üzrə bir qrup valideyn və müəllimlərlə görüşlər keçirilib.

 

Valideynlərlə görüşdə şagirdlərin əldə etdiyi nəticələr, ailə-məktəb əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.

Nazir müavini şagirdlərin tədris nəticələrinin yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək bildirib ki, əldə olunan nəticələr həm məktəbin, həm müəllimin, həm də ailənin birgə məsuliyyətinin göstəricisidir.

Valideynlər məktəb–şagird–ailə əməkdaşlığının gücləndirilməsinin, şagirdlərin motivasiyasının artırılmasının və uğurlu nəticə göstərən şagirdlərin stimullaşdırılmasının vacibliyini bildiriblər.

Görüşdə erkən yaş təhsilinin, xüsusilə bağça və ibtidai təhsilin keyfiyyətinin artırılmasının gələcək nəticələrə birbaşa təsiri də vurğulanıb.

İşə qəbul və sertifikatlaşdırma imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin iştirakı ilə baş tutan görüşdə təhsilverənlərin peşəkar inkişafı, dərs keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə meyarları, tədris prosesində innovativ yanaşmaların tətbiqi və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda tam ştatlı məşğulluq modelinin tətbiqi və sertifikasiya prosesinin tədrisin keyfiyyətinə müsbət təsiri qeyd olunub.

Həsən Həsənli çıxışında təhsil işçilərinin öz davranışları ilə şagirdlər üçün nümunə olduqlarını qeyd edərək bunun uşaqların tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Görüşlərdə həmçinin regionlarda STEAM mərkəzlərinin sayının artırılması, inklüziv siniflərdə dərs deyən müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Yekunda təhsil mühitinin təkmilləşdirilməsi və nəticəyönümlü yanaşmanın gücləndirilməsi üçün kompleks tədbirlərin vacibliyi qeyd olunub.

Bənzər Xəbərlər

Təhsil

Bu universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

Noyabr 4, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Cəmiyyət

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

Oktyabr 30, 2026
Cəmiyyət

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

Oktyabr 30, 2026
Cəmiyyət

Aqrar Universitetdə 50-dən çox müəllimin müqaviləsi ləğv edildi

Oktyabr 30, 2026
Cəmiyyət

Gömrük işçilərinin vəzifə dəyişikliyi prosedurları yenilənir

Oktyabr 30, 2026

XƏBƏR LENTİ

Bu universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

04 Noyabr, 26 / 21:36

Büdcəyə bu vergidən daxilolmalar azalacaq

04 Noyabr, 26 / 21:22

Biz əməkdaşlığa can atırıq – Putin

04 Noyabr, 26 / 20:59

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

04 Noyabr, 26 / 20:47

Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

04 Noyabr, 26 / 19:24

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

04 Noyabr, 26 / 18:25

Cavanşir Feyziyev: “Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”

04 Noyabr, 26 / 9:08

Əli Kərimlinin məhkəməsi başlayıb

03 Noyabr, 26 / 12:19

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.