Hərbi

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub

12 May 2026, 22:113
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub. 

Müdafiə Nazirliyindən Zefer.media – ya verilən məlumata görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600