Hər uşaq oyuncaqlarla oynamağı çox sevir. Lakin oyuncaq düzgün seçilməyəndə onun üçün müxtəlif amillər baxımından zərərli ola bilir.
Psixoloq Gövhər Məmmədova Zefer.media–ya açıqlamasında deyib ki, azyaşlılara oyuncaq seçimi edərkən yaşına, maraqlarına diqqət etmək vacibdir:
“Ona görə ki, bu balacanın inkişafına və təhlükəsizliyinə əngəl törətməsin. Eyni zaman uşaq üçün faydalı oyuncaqlar seçməkdə fayda var: həm əylənir, həm öyrənir. Məsələn kiçik yaşlarda motor bacarıqlar oyunlar vasitəsilə inkişaf etdirilir, yaş artdıqca yaradıcı, məntiqi düşünmə qabiliyyətini artıran oyunlar və oyuncaqlar seçilməsi məsləhət görülür. Əlavə olaraq diqqət yetirilməli nüanslardan biri də oyuncaqların təmizliyi, habelə şiddətə meyl yaradacaq növdə olmamasıdır”.

Zərintac Mayisqızı

















